İdeyan varsa, başlamaq üçün doğru yerdəsən.
İdeya mərhələsindən böyüyən startaplara qədər — founder-ları, mentorları və ekosistemin imkanlarını bir araya gətiririk.
Sadəcə ideyan var? Bu da qoşulmaq üçün kifayətdir.

ASC icmasındakı startaplar


UWORK










anacanbacarXHansı mərhələdəsən?
İdeyam var
Problemi müəyyən etmisən, amma hələ komanda və ya məhsul yoxdur.
Qoşula bilərsən
Startup qururam
Komandan, MVP-n və ya ilk istifadəçilərin var.
Qoşula bilərsən
Böyüyürəm
Müştərilərin var və yeni bazar, tərəfdaş və investisiya imkanları axtarırsan.
Qoşula bilərsən
Tək qurmaq məcburiyyətində deyilsən.

Doğru insanlarla tanış ol
Founder, mentor, investor, ekspert və korporativ tərəfdaşlarla əlaqə qur.
Təcrübədən faydalan
Sənin keçdiyin yolu daha əvvəl keçmiş insanların təcrübəsindən istifadə et.
Fürsətlərə çıxış əldə et
Proqramlar, challenge-lər, pilotlar, investor görüşləri və tərəfdaşlıq imkanlarından xəbərdar ol.
Görünür ol
Startup-ını ASC ekosistemində təqdim et və potensial tərəfdaşların səni tapmasına imkan yarat.
ASC Startup Network
Azərbaycanda qurulan və ASC icmasının bir hissəsi olan startaplar.
Təcrübən bir startup-ın yolunu dəyişə bilər.
Biznes, texnologiya, məhsul, satış, marketinq, maliyyə, hüquq, investisiya və digər sahələrdə təcrübən varsa, onu yeni founder-larla paylaş.
Mentor kimi qoşulDaimi öhdəlik tələb etmir. Ekspertiza sahəni və ayıra biləcəyin vaxtı sən müəyyən edirsən.
Mentor olaraq:
- uyğun startup-larla tanış olursan;
- təcrübəni founder-larla paylaşırsan;
- yeni məhsulların formalaşmasına töhfə verirsən;
- Azərbaycanın startup ekosisteminin inkişafında iştirak edirsən.
ASC-də səni nə gözləyir?
Mentorluq
Ehtiyacına uyğun təcrübəli insanlarla əlaqə.
Founder Community
Digər startup qurucuları ilə təcrübə və əlaqə mübadiləsi.
Startup × Corporate
Korporativ tərəfdaşlarla challenge və pilot imkanları.
Investor Access
Hazır olan startup-lar üçün investorlarla tanışlıq imkanları.
Events & Meetups
Founder görüşləri, workshop-lar və tematik tədbirlər.
Global Opportunities
Beynəlxalq proqram, accelerator və ekosistem imkanları.
Komandamızla tanış ol
Azərbaycan startup ekosistemini inkişaf etdirən insanlar.

Fehruz Jabrayilov
Founder & Community Leader
Azerbaijan Startup Community
Azərbaycandakı startap qurucuları və həvəskarları üçün icma yaradıb idarə edir; bilik mübadiləsi, şəbəkələşmə və əməkdaşlığı təşviq edir. Erkən mərhələ startapları dəstəkləmək üçün tədbirlər, seminarlar və mentorluq proqramları təşkil edir.

Shamsi Bayramzadeh
Managing Partner
CEO, Holberton School Azerbaijan
FMCG, satış, ticarət marketinqi, biznesin inkişafı və rəqəmsal transformasiya sahələrində 12 ildən çox təcrübəyə malik biznes lideri. Fəaliyyəti süni intellekt və rəqəmsal istedadların inkişafı, startap ekosistemləri, eləcə də sənaye ilə akademiya arasında əməkdaşlıq üzərində cəmləşib.

Mehin Mustafazadeh
Community Head
Azerbaijan Startup Community
İnnovasiya menecmenti və startap konsaltinqi sahəsində çalışır. İcma fəaliyyətini koordinasiya edir və startapların inkişafına dəstək olur.








